İspanları “basdıran” qapıçı “Barselona”ya keçir
20.06.2014 - 06:42
İspanları “basdıran” qapıçı “Barselona”ya keçir

 

Çili yığmasının və “Real Sosyedad” klubunun qapıçısı Klaudio Brava yaxın vaxtlarda “Barselona”nın oyunçusu ola bilər. Apasport.az saytının məlumatına görə, “Barselona” və “Real Sosyedad” bununla bağlı artıq razılığa gəliblər.

 

Futbolçunun transfer qiymətinin 12 milyon avro olacağı bildirilir. Qapıçı özü isə şəxsi müqavilə ilə bağlı Kataloniya klubu ilə çoxdan razılaşma əldə edib.

 

31 yaşlı Klaudio Bravo ötən mövsüm “Real Sosyedad”ın heyətində 44 oyun keçirib və 61 qol buraxıb. Bu oyunlardan 15-də onun qoruduğu qapının toru silkələnməyib.

 

Bravo dünya çempionatında İspaniya-Çili oyununda da iştirak edib. O, bir neçə dəfə ispanların zərbəsini dəf edərək, oyunun qəhrəmanlarından birinə çevrilib.