İtaliya Futbol federasiyasına prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, 71 yaşlı Karlo Tavekkio qurumun yeni rəhbəri seçilib.
Futbol funksioneri səslərin 63,3 faizini toplamaqla seçkidə inamlı qələbə qazanıb. Tavekkio İtaliya millisinin sabiq ulduzu Demetrio Albertinini böyük fərqlə üstələyib. Futbol əfsanəsi 34 faiz səs toplaya bilib.
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan İtaliyada futbol federasiyasının əvvəlki prezidenti Cankarlo Abete idi. Sonuncu DÇ-2014-ün final mərhələsindəki uğursuz çıxışdan sonra istefa vermişdi.