AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızla eyni qrupda yer alan İtaliya millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, 2 gün öncə Bolqarıstanla heç-heçə oynayan “Skuadra Adzurra”da Matteo Darmian heyətdən çıxarılıb.
Buna səbəb təcrübəli futbolçunun zədə almasıdı. Baş məşqçi Antonio Konte həkimlərin rəyini öyrəndikdən sonra Darmianı klubu “Torino”nun düşərgəsinə göndərib. Sabah İngiltərə ilə yoldaşlıq görüşü keçirəcək italyanların heyətinə isə “Milan”ın müdafiəçisi İqnatsio Abate cəlb olunub. Konte 29 yaşlı futbolçunun təcili millinin düşərgəsinə qoşulmasını tələb edib.
Qeyd edək ki, seçmə mərhələdə öz meydanında yığmamıza 2:1 hesabı ilə qalib gələn İtaliya 5 oyundan sonra 11 xal toplayıb. “Skuadra Adzurra” turnir cədvəlində Xorvatiyadan sonra ikincidi.