“Udineze”nin hücumçusu Antonio Di Natale cari mövsümün sonunda komandasını tərk edəcək. Apasport.az saytının məlumatına görə, 37 yaşlı futbolçu bundan sonra Amerika MLS liqasında forma geyinəcək.
Bu haqda İtaliya millisinin sabiq oyunçusunun özü bildirib. Di Natale ABŞ-ın Nyu-York klublarının birinə keçəcək.
Qeyd edək ki, 2004-cü ildən “Udineze”də top qovan Antonio 2 dəfə A seriyasının bombardiri olub. Cari mövsümdə komandasının heyətində 17 görüşdə meydana çıxan təcrübəli forvard rəqib qapılarına 9 top vurub və 4 dəfə də qol ötürməsinin müəllifi olub. Di Natale 2002-2012-ci illərdə isə yığma komandasında çıxış edib.