“Qəbələ” mənə təklif göndərməyib”. Apasport.az xəbər verir ki, bunu Bolqarıstan mətbuatına açıqlamasında “Qəbələ”yə baş məşqçi təyin olunacağı gözlənilən İvaylo Petev deyib.
Gənc mütəxəssis yerli mətbuata Kiprin AEL klubu ilə müqaviləsi olduğunu və hələlik bu komanda ilə bağlı planlar cızdığını bildirib: “AEL-lə müqaviləm var. Bu komanda ilə bağlı planlar cızıb rəhbərliyə təqdim etmişəm. Qarşıdakı günlərdə onlar bütün məsələlərə aydınlıq gətirəcəklər. Başqa təkliflərim var. “Botev” mənə təklif göndərsə də, “Qəbələ” ilə heç bir danışığımız olmayıb və onlardan da dəvət almamışam. Bu xəbərlərin haradan çıxdığını bilmirəm”.