Joze Alesio: Hamı “Barselona”nın gücünü bilir
12.03.2014 - 16:12
Joze Alesio: Hamı “Barselona”nın gücünü bilir

“Hamı “Barselona”nın gücünü bilir”. Bu sözləri apasport.az saytına futzal üzrə milli komandamızın və “Araz” klubunun baş məşqçisi Joze Alesio deyib.

 

Bu gün futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nın püşkatma mərasimi keçirilib. Bakıdakı “Hilton” otelində reallaşan mərasimdə təmsilçimiz “Araz”da rəqibinin tanıyıb. Belə ki, Alesionun yetirmələri adlı-sanlı “Barselona”nın futzal komandasına rəqib olub.

 

Püşkü dəyərləndirən braziliyalı mütəxəssis qısaca olaraq bunları deyib: “Dünyanın ən güclü komandasıdır. “Kayrat” turnirin sonuncu qalibidir. Amma “Barselona” daha güclü rəqibdir”. 

0