Joze Mourinyo Luiş Fiqunu dəstəklədi
29.01.2015 - 00:10
“Çelsi”nin portuqaliyalı baş məşqçisi Joze Mourinyo həmyerlisi Luiş Fiqunun FİFA prezidentliyinə namizədliyini irəli sürməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Barselona” və Madrid “Real”ının sabiq futbolçusunun bu addımını dəstəkləyib.
O bildirib ki, Fiqunun daha yaxşı işlər görəcəyinə inanır: “Fiqunun namizədliyini irəli sürməsi mühüm addımdı. Luiş FİFA üçün daha yaxşı işlər görə bilər. Mən ona inanıram. Düşünürəm ki, Fiqu prezident seçilsə, diqqətini yalnız futbola yönəldəcək və yerli federasiyalarla yaxşı münasibətdə olacaq”.
0
0