Joze Mourinyo qorxduğu klubun adını açıqladı
19.02.2015 - 17:00
Joze Mourinyo qorxduğu klubun adını açıqladı

“Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı Çempionlar Liqasında 1/4 finala adlayacaqları halda, qarşılaşmaq istəmədikləri komandanın adını açıqlayıb.

 

Məlum olub ki, 52 yaşlı mütəxəssis “Barselona”dan ehtiyatlanır: “Çelsi”, “İnter” və “Real”da çalışdığım dönəmlərdə bu klubla çox qarşılaşmışam. Yenidən onlarla üz-üzə gəlmək istəmirəm. Digər komandalarla rəqib olsaq, sevinərəm”.

 

Qeyd edək ki, vaxtilə “Barselona”da tərcüməçilik etmiş Mourinyo məşqçilik karyerası ərzində “Çelsi”dən əlavə, “Portu”, “İnter” və “Real” klublarını da çalışdırıb.