Julio Sezar Braziliya millisindəki karyerasını başa vurdu
13.07.2014 - 13:23
Julio Sezar Braziliya millisindəki karyerasını başa vurdu

 

Braziliya yığmasının qapıçısı Julio Sezar millidəki karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, futbolçu bu barədə üçüncü yer uğrunda matçda məğlubiyyətdən sonra bildirib.

 

Sezar bu qərarı düşünərək qəbul etdiyini vurğulayıb: “2015-ci ildə “Kopa Amerika” keçiriləndə mənim 35 yaşım olacaq. 2018-ci ildə keçiriləcək dünya çempionatında çıxış etmək şanslarım qalmayacaq. Buna görə də, karyeramı davam etdirmək mənim tərəfimdən düzgün olmazdı. Yerimi gənclərə verməyin zamanı yetişib. Braziliyada qapını yüksək səviyyədə qoruya biləcək 7-8 futbolçu var”.