“İngiltərə futbolunda iqtisadi böhrandan söhbət gedə bilməz. Bu barədə düşünməyin özü belə, yersizdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının baş məşqçisi Fabio Kapello deyib.
İngiltərə çempionatı haqda danışan təcrübəli mütəxəssis maraqlı fikirlər səsləndirib. O, Premyer Liqanın çatışmayan cəhətini də açıqlayıb: “Həyatda heç nə ideal olmur. Hər şeydə çatışmayan cəhət var. Bundan əlavə, yüksəliş olduğu kimi, eniş də mövcuddu. Premyer Liqada nə çatışmır? Məncə, Messi və Ronaldo kimi futbolçular. Premyer Liqanın başqa çatışmazlığı yoxdu”.
Qeyd edək ki, Kapello 2008-2012-ci illər ərzində İngiltərə yığmasını çalışdırıb.