Kapitan sarğısı Sneyderə qaytarılmadı
01.08.2014 - 21:05
Kapitan sarğısı Sneyderə qaytarılmadı

 

Hollandiya yığmasında baş məşqçi vəzifəsini yerinə yetirməyə başlayan Qus Hiddink Uesli Sneyderə kapitanlıq sarğısını qaytarmaq niyyətində deyil. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aryen Robbenin və Robin van Persinin kapitan olacağını açıqlayıb.

 

Qus Hiddink bu posta Lui van Qalın “Mançester Yunayted”ə keçməsindən sonra təyin edilib. Bu gün rəsmən Hollandiya millisinin baş məşqçisi kimi işinə başlayan Hiddink ötən il “Qalatasaray”ın futbolçusu Uesli Sneyderdən alınan kapitanlıq sarğısı barədə danışıb. Hiddink bildirib ki, kapitan sarğısını Sneyderə qaytarmaq kimi fikri yoxdur: “Aryen Roben və Robin van Persi bu komandanın kapitanları olaraq qalacaqlar”.

 

Qeyd edək ki, Lui van Qall ötən il Sneyderin formada olmadığını bildirərək, onu kapitanlıqdan məhrum etmişdi.