İran millisinin baş məşqçisi Karluş Keyruş Braziliyada keçirilən dünya çempionatı başa çatandan sonra postunu tərk edəcəyini bəyan edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis qərarını İran hökuməti tərəfindən maliyyə dəstəyinin olmaması ilə əlaqələndirib.
Bundan əlavə, Keyruş gələcəyi ilə bağlı fikirlərini də bölüşüb: “Bəli, bu çempionatda çıxışımızı bitirəndən sonra mənim işim başa çatacaq. Hökumət bizi dəstəkləmir. Orada bizə maraq göstərmirlər. Mənimlə dialoqdan imtina etdilər və mən getmək qərarı qəbul etdim. Mən özümü hələ də yaxşı hiss edirəm. Mümkündür ki, professional karyeramı dörd müxtəlif komanda ilə dünya çempionatında çıxış edən ilk məşqçi olmaq üçün münasib komanda ilə davam etdirdim. Mənə Braziliya və İngiltərə klublarından təklif var. Amma şəxsi həyatımla bağlı, klublarda məşqçi işləmək çətindir”.