“Real Madrid”in kapitanı İker Kasilyas başqa kluba keçməyəcək və “Santyaqu Bernabeu”da qalacaq. Apasport.az saytının məlumatına görə, buna qədər Kasilyasın mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilirdi.
İspaniya mətbuatı yazırdı ki, Kasilyası komandadan “Real”ın prezidenti Florentino Peres göndərmək istəyir. Peres özü isə bu informasiyanı təkzib edirdi. 33 yaşlı qapıçı bu günlərdə gələcək taleyi ilə bağlı Pereslə görüşüb. Qərara gəlinib ki, Kasilyas komandada qalacaq və əsas heyət uğrunda mübarizə aparacaq. Əksinə, “Real”ın əsas qapıçısı Dieqo Lopesin bu yay komandanı tərk edəcəyi gözlənilir.
Kasilyas bu mövsüm İspaniya çempionatında cəmi 2 oyun keçirib. Ölkə kuboku və Çempionlar Liqasında isə 22 oyuna çıxıb.