Kasilyas Xavini geridə qoydu
29.09.2015 - 23:55
Kasilyas Xavini geridə qoydu

İker Kasilyas Çempionlar Liqasında oyun sayına görə rekordçu olub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin II turu çərçivəsində baş tutan “Porto” – “Çelsi” oyununda start heyətində meydana çıxan ispan qapıçı Avropanın ən nüfuzlu klub turnirində 152-ci oyununu keçirir.

 

O, bu oyunların 150-də “Real”, digər ikisində isə “Porto” forması ilə meydana çıxıb.

 

Qeyd edək ki, Kasilyas bu göstərici ilə həmyerlisi Xavi Hernandezi (151 oyun) geridə qoyub.