Kasilyas yenə də “Real”ın əsas qapıçısı olacaq
02.08.2014 - 02:25
Kasilyas yenə də “Real”ın əsas qapıçısı olacaq

 

Uzun illər “Real Madrid”in kapitanı olan İker Kasilyas növbəti mövsümdən ona məxsus olanı özünə qaytaracaq. Apasport.az saytının məlumatına görə, futbolçu yenidən kral klubunun əsas qapıçısına çevriləcək.

 

“Real”ın əfsanəsi ötən mövsümün əvvəlində əsas heyətdəki yerini itirib və bütün mövsümü Dieqo Lopesin əvəzedicisi kimi çıxış edib.  “Real” bu mövsüm dünya çempionatında özünü ən yaxşı tərəfdən göstərən Keylo Navası alıb. Bundan sonra Lopesin satılması məsələsi gündəmə gəlib. Onun ya “Monako”, ya da “Çelsi”yə satılacağı gözlənilir.

 

Bir çoxları Lopesin getməsindən sonra qapının Kosta-Rika komandasının qolkiperi Navasa tapşırılacağını gözləyirdi. Amma Karlo Ançelotti Kasilyasa etibar edib.

 

Qeyd edək ki, İker Kasilyas 1998-ci ildən “Real”da oynayır və bu vaxta qədər təxminən 680 rəsmi oyuna çıxıb.