Katalonlar və basklar qarşı-qarşıya gələcəklər
29.09.2015 - 19:47
Katalonlar və basklar qarşı-qarşıya gələcəklər

Kataloniya və Baskoniya Futbol Federasiyaları yığma komandaların yoldaşlıq görüşü haqqında razılığa gəliblər. Apasport.azın Kataloniya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, görüş dekabrın 26-da İspaniya La Liqasının 16-cı və 17-ci turları arasında oynanılacaq.

 

Hələlik oyunun keçiriləcəyi yer haqqında məlumat verilmir.

 

Qeyd edək ki, bu iki regionun yığma komandaları arasında ilk qarşılaşma ötən mövsüm baş tutmuşdu. 1:1 hesablı bərabərliklə bitən oyunda qolları Aris Adurits və Serxio Qarsiya vurmuşdu.