[b]Kauenin “Neftçi”də geyinəcəyi formanın nömrəsi bilindi[/b]
07.06.2014 - 12:52
Braziliyalı futbolçu Kaue Sesilio da Silva tibbi baxışdan uğurla keçib. Apasport.az saytının məlumatına görə, onunla bu gün 2 illik müqavilə bağlanılacaq.
Artıq onun “Neftçi”də hansı nömrə altında çıxış edəcəyinə də aydınlıq gəlib. Rumıniyanın “Vasluy” klubunun sabiq mərkəz yarımmüdafiəçisi “5”i daşıyacaq.
Qeyd edək ki, “Neftçi”də “5” nömrə İqor Mitreskiyə məxsus idi. Makedoniyalı mərkəz müdafiəçisi artıq futbolçu kimi komandadan ayrılıb və “Neftçi”də köməkçi məşqçi vəzifəsində işləyə bilər.
- Haalanddan DÇ debütündə şou - Matçın ən yaxşısı seçildi
- Deşam Mbappe barədə: - “Hələ də onu tənqid edənlər var”
- Samet Akaydından sərt reaksiya – “Saça, saqqala qarışmaq mənasızdır”
- Olise Fransa qələbəsinin qəhrəmanı oldu – “Matçın adamı” seçildi
- Uğurcan Çakırdan Paraqvay mesajı – “Ölkəmizi sevindirmək istəyirik”
0
0