Uruqvay millisinin hücumçusu Edinson Kavani komandasını dəyişmək niyyətində deyil. Apasport.az saytının məlumatına görə, futbolçu PSJ-də qalmaq niyyətini açıqlayıb.
Bundan əvvəl 27 yaşlı futbolçunun “Mançester Yunayted”in maraq dairəsinə düşdüyü vurğulanırdı. Digər potensial alıcı kimi isə “Çelsi”nin adı çəkilirdi. Amma futbolçu özü heç bir yerə getmək istəmir: “Əminəm ki, PSJ-də qalacağam. Mənim klubla müqaviləm var və Parisdə özümü çox rahat hiss edirəm. Karyeramı burada davam etdirməyə üstünlük verirəm. Amma bütün hallarda, hər şey təkcə oyunçunun deyil, həm də klubun mövqeyindən asılıdır”.
Edinson Kavani PSJ-yə 2013-cü ildə “Napoli”dən 64 milyon avro müqabilində keçib. O, Paris klubunun heyətində 43 oyunda 25 qol vurub.