Kavani və Lavezzi getsin, di Mariya gəlsin!
07.02.2015 - 14:00
“Mançester Yunayted”in yarımmüdafiəçisi Anxel di Mariya PSJ-nin gündəmindən düşmək bilmir. Apasport.az saytı xəbər verir ki, fransız klubu bu keçidi həll etmək üçün qarşı tərəfə yeni təklif irəli sürməyə hazırlaşır.
PSJ argentinalı futbolçunu almaq üçün iki futbolçusunu transferə çıxarıb. Belə ki, Paris klubu hücumçuları Edinson Kavani ilə Ezekyel Lavezzini satmaq qərarına gəlib. Rəhbərlik bu iki oyunçunun keçidindən əldə ediləcək gəliri di Mariyanın transferinə xərcləməyi planlaşdırır.
Qeyd edək ki, Kavani “Arsenal”ın, Lavezzi isə “Liverpul”un maraq dairəsindədi.
0
0