Kaxaber Sxadadze: Bizi 4 dəfə məğlub ediblər...
07.05.2014 - 21:22
Kaxaber Sxadadze: Bizi 4 dəfə məğlub ediblər...

 

“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze “”Qarabağ”la oyundan sonra rəqibi təbrik edib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis “Qarabağ”ın çempionluğa layıq olduğunu vurğulayıb: “Çoxlu qol epizodları oldu. Hesab 2-1 olduqdan sonra oyuna intriqa qayıtdı. “Qarabağ”ın üçüncü qolu isə həlledici oldu. Mövsümün əvvəlində iddialılar sırasında olsaq da, ilk 6 turdan sonra bizi ciddi qəbul etmirdilər. İkinci yer bizim üçün böyük uğur sayılacaq. Qarşıda bizi iki vacib oyun gözləyir. Çalışmalıyıq ki, mövsümü ikinci pillədə başa vuraq. Artıq 5 mövsümdür ki, burada işləyirəm. Ölkə kubokundan başqa bütün titulları qazanmışam. Yaxşı komanda yaratmışıq. Buradan getməyim, bəlkə də, düzgün olmazdı. Amma indidən gedib-getməyəcəyimi dəqiq deyə bilmərəm. Hakimlik bir şey yox idi, “Qarabağ” bu mövsüm bizi 4 dəfə məğlub edib. Bizim 7 oyunluq qələbə seriyamız var idi. Obyektiv olmaq lazımdır”.