Kaxaber Sxadadze: “İnter”i bataqlıqdan çıxardıq...
05.05.2014 - 23:00
Kaxaber Sxadadze: “İnter”i bataqlıqdan çıxardıq...

“Dinamo”dan təklif alıb-almamağımla bağlı danışmaq istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
 

46 yaşlı gürcüstanlı mütəxəssis böyük ehtimalla mövsümün sonunda Azərbaycanı tərk edəcək. Yayılan məlumatlara görə, Sxadadze növbəti mövsümdən Tiflis “Dinamo”sunda çalışacaq: “İndi yalnız mövsümün son oyunlarını düşünürəm. Bütün məsələlərə çempionat başa çatandan sonra aydınlıq gələcək. İndiki vəziyyətdə 2 həftədən sonra nə olacağı barədə danışmaq düzgün deyil. “İnter”i bataqlıqdan çıxarıb, bu vəziyyətə gətirdik. Hazırda 2-ci yer uğrunda mübarizə aparırıq. Bu üzdən başqa mövzuda düşünə bilmirəm. Çempionatın son oyunlarında uğurlu nəticə qazanıb, 2-ci yeri tutmalıyıq”.  
 

Topaz Premyer Liqasının sonuna 3 tur qalmış “Qarabağ”dan 6 xal geri qalmaqla 2-ci olan “İnter” növbəti turda qarşılaşacağı Ağdam təmsilçisinin çempionluğuna mane ola biləcək yeganə komandadır. Lakin  Sxadadze 1-ci deyil, 2-ci yer haqda düşünür. O, niyə çempionluq yox, 2-ci yer uğrunda mübarizə aparmaqlarının səbəbini açıqlayıb: “Mən realist insanam. Mövcud vəziyyəti real gözlə qiymətləndirmək lazımdır. “Qarabağ”la qarşıdakı oyunda uğurlu nəticə qazanıb, 2-ci yeri təmin etməliyik”.  


Qeyd edək ki, Sxadadze 2009-cu ilin yayından “İnter”in baş məşqçisidir.