Kaxaber Sxadadze: Emosiyalar üstündür
23.03.2014 - 18:23
Kaxaber Sxadadze: Emosiyalar üstündür

“Bu cür qələbədən sonra oyunumuzu analiz edə bilməyəcəm”. Apasport.az saytının məlumatına görə, bunu Topaz Premyer Liqasının 27-ci turunda “Qəbələ” üzərində 4:1 hesablı qələbədən sonra “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Baş məşqçi hamını bayram münasibətilə təbrik edib: “Hazırda daha çox emosiyalar üstündür. Futbolçularımı gözəl oyuna görə təbrik edirəm, çox qol vurduq. Bu oyunu tezliklə unudub qarşıdakı son mərhələyə hazırlaşmalıyıq. Turnir cədvəlində hansı mövqedə olacağımız qarşıdakı oyunlarda bilinəcək. Sabit komanda həmişə məqsədinə çatır. Biz də bu cür oyunla avrokuboklara düşməyə çalışmalıyıq. Rəqib “Neftçi” və “Qarabağ”a qarşı müxtəlif sistemlərlə oynamışdı. Biz də bunu nəzərə alıb oyunumuzu qurduq”.