Kaxaber Sxadadze: Eyforiyaya qapılmaq lazım deyil
10.08.2014 - 21:56
Kaxaber Sxadadze: Eyforiyaya qapılmaq lazım deyil

“Çempionatın başlaması ilə hamını təbrik edirəm. Ötən mövsüm olduğu kimi, bu il də maraqlı keçəcəyinə inanıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis “Qəbələ” ilə Topaz Premyer Liqasının I turunun qarşılaşmasını dəyərləndirib. Sxadadze 4:0 hesablı qələbədən razı qalsa da, oyundakı bəzi məqamlardan narazıdır: “Avroliqada oynadığımız 4 oyun öz sözünü dedi. Futbolçuların bir-biri ilə anlaşması rəqibdən daha yaxşı idi. Oyuna yaxşı nəzarət edirdik. İlk hissənin son 7 dəqiqəsində isə tələsirdik. Hücuma keçib qol vurmaq istəyirdik. İkinci hissənin də ilk 5 dəqiqəsində xaotik oynayırdıq. Futbolçulara gözəl oyuna görə minnətdaram. Gözəl oyun və yaxşı nəticədən məmnunam. Eyforiyaya qapılmaq lazım deyil. Bu qələbəni unudub, qarşıdakı oyunlara baxmalıyıq”.