Kaxaber Sxadadze: Xoşagəlməz hadisələr oldu
19.02.2015 - 17:48
Kaxaber Sxadadze: Xoşagəlməz hadisələr oldu

“Emosiyalar yüksək idi. Biz matça bərbad şəkildə başladıq və 1-ci dəqiqədə qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXIII turunun AZAL-la qarşılaşması haqda fikirlərini açıqlayıb: “Qoldan sonra oyunda dəyişiklik edib, bərabərlik qolunu vurduq. Üstün tərəf biz idik. İlk hissədə Nildo zədə aldı. Onun əvəzlənməsindən sonra hücumda pressinq edə bilmirdik. Çox sayda oyunçunun psixoloji problemi var. Bilirsiniz ki, millinin toplanışı gəlir. Amma milliyə getmək üçün ilk növbədə klubda yaxşı futbol sərgiləmək lazımdır. Çox çətin bir oyun oldu. Xoşagəlməz hadisələr oldu. Oyunda, eləcə də ondan sonra baş verən hadisələr mənim üçün xoş deyil. Mən çalışırdım ki, sülh yaradım. Amma bir-birmizə hörmətlə yanaşırıq”.

 

Qeyd edək ki, AZAL – “İnter” oyunu 1:1 hesabı ilə başa çatıb.