“Bavariya” futbol komandasının keçmiş baş məşqçisi Yupp Haynkes Münhen klubunun ötən il yaradılan bünövrəsini qoruduğunu bildirib. Apasport.az saytının məlumatına görə, o, klubun hazırkı baş məşqçisi Xosep Qvardiolanın da ünvanına təriflər yağdırıb.
Haynkesin fikrincə, hazırda “Bavariya”nın heyəti dünyada və Avrpada ən yaxşı heyətdir: “Mən Bundesliqada onlara rəqib görmürəm. Komanda gələcək üçün də zəmin yaradıb. Biz 2012-ci ildə Dante, Mario Mandjukoviç, Havi Martines, Klaudio Pissaro, Şerdan Şakiri və Tom Ştarke kimi bir sıra aparıcı oyunçuları sıramıza qatdıq. Sonra Tiaqu Alkantra və Mario Qyetse kimi oyunçular əlavə olundu. Eləcə də Xosep Qvardiola kimi möhtəşəm məşqçi”.
Xatırladaq Ki, “Bavariya” 2012/2013-cü il mövsümündə Haynkesin rəhbərliyi altında ölkə çempionatını, ölkə kubokunu və Çempionlar Liqasını udub. Bu il isə komanda vaxtından əvvəl çempion olub, ölkə kubokunun yarımfinalına və Çempionlar Liqasının 1/4 finalına çıxıb.