Kerjakov Rusiya millisinin rekordunu təkrarladı
18.06.2014 - 04:04
Kerjakov Rusiya millisinin rekordunu təkrarladı

 

Rusiya millisinin oyunçusu Aleksandr Kerjakov yığmanın heyətində vurulan qolların sayına görə Vladimir Besçastnıxın rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, ikinci hissədə meydana çıxan futbolçu Rusiyanın bərabərlik qolunu vurub.

 

Besçastnıxın hesabında Rusiya millisinin heyətində vurulan 26 qol var. Cənubi Koreya ilə oyuna qədər Kerjakovun hesabında 25 qol olub. O, 74-cü dəqiqədə qol vuraraq rekordu təkrarlayıb və elə bu çempionatdaca irəli çıxmaq imkanı var.