İran millisinin baş məşqçisi Karluş Keyruş vəzifəsindən istefa verdiyini elan edib. Apasport.az saytının məlumatına görə, o, bu barədə Bosniya və Hersoqovinaya 3:1 hesablı məğlubiyyətdən sonra bildirib.
Keyruş İran millisi ilə bağlı layihəyə sadiqliyini nümayiş etdirdiyini, amma yeni müqavilə təklifi almadığını vurğulayıb: “İran millisi ilə işləmək mənim üçün böyük şərəf idi. Mən bu ölkəyə vuruldum. Amma ancaq bir tərəfin razı olduğu təqdirdə hansı “toydan” söhbət gedə bilər. Mən yeni müqavilə təklifi gözləyirdim. Amma etmədilər. Ona görə də, bu gün mənə İran millisi ilə işləməyə imkan yaradanlara təşəkkür edərək getdiyimi bildirmək üçün gəlmişəm. İran futbolu, mənim futbolçularım və azarkeşlər həmişə qəlbimdə yaşayacaqlar”.
Qeyd edək ki, İran millisi qrupda sonuncu yeri tutub.