Topaz Premyer Liqasında XXXII turun oyunları başa çatdı. Bu isə o deməkdir ki, komandalar ötən mövsümkü qədər matça çıxıblar. Apasport.az saytının məlumatına görə, oyun sayı bərabər olduğundan müəyyən müqayisələr də aparmaq mümkündür. Xüsusilə, ötən mövsümün çempionu “Neftçi” ilə hazırkı lider “Qarabağ”ın göstəricilərini nəzərdən keçirmək olar.
Bakılılar 32 oyunda 62 xal toplamaqla qızıl medallara sahib olmuşdusa, Ağdam təmsilçisi 68 xalla daha yaxşı nəticəyə malikdir. Qurban Qurbanovun yetirmələri Böyükağa Hacıyevin komandası ilə müqayisədə 1 qələbə artıq qazanıb.
Məğlubiyyət sayında isə “Qarabağ” son çempiondan iki dəfə az uduzub. Paytaxt təmsilçisi 8 yenilgi ilə 1-ci olmuşdusa, ağdamlılar bunun yarısı qədər uduzub. Hesabında 2 qol artıq olan əyalət təmsilçisi məhsuldarlıqda da öndədir. Buraxılan toplardakı fərqi isə daha böyükdür. Burada lider çempiondan 15 top az buraxıb.
Maraqlıdır ki, autsayderlərin topladığı xallar eynidir. Ötən mövsüm “Kəpəz”, indi isə “Rəvan” cəmi 19 xal əldə edib. Amma bir fərq var ki, 1 il əvvəl 12, indi isə 10 komanda mübarizə aparır.
2013/14 mövsümü
32 turdan sonra
|
1 |
Qarabağ |
32 |
20 |
8 |
4 |
61-17 |
68 |
|
2 |
İnter |
32 |
18 |
6 |
8 |
54-32 |
60 |
|
3 |
Neftçi |
32 |
16 |
7 |
9 |
45-39 |
55 |
|
4 |
Qəbələ |
32 |
15 |
6 |
11 |
40-33 |
51 |
|
5 |
Bakı |
32 |
14 |
8 |
10 |
48-38 |
50 |
|
6 |
Simurq |
32 |
11 |
10 |
11 |
33-25 |
43 |
|
7 |
Xəzər L |
32 |
9 |
12 |
11 |
32-45 |
39 |
|
8 |
AZAL |
32 |
6 |
11 |
15 |
28-45 |
29 |
|
9 |
Sumqayıt |
32 |
4 |
10 |
18 |
24-52 |
22 |
|
10 |
Rəvan |
32 |
3 |
10 |
19 |
18-57 |
19 |
2012/13 mövsümü
Yekun cədvəli
|
1 |
Neftçi |
32 |
19 |
5 |
8 |
59-32 |
62 |
|
2 |
Qarabağ |
32 |
16 |
11 |
5 |
43-26 |
59 |
|
3 |
İnter |
32 |
16 |
9 |
7 |
38-22 |
57 |
|
4 |
Simurq |
32 |
12 |
12 |
8 |
32-26 |
48 |
|
5 |
Bakı |
32 |
9 |
14 |
9 |
33-27 |
41 |
|
6 |
Qəbələ |
32 |
10 |
8 |
14 |
32-40 |
38 |
|
7 |
AZAL |
32 |
16 |
9 |
7 |
57-32 |
57 |
|
8 |
Rəvan |
32 |
12 |
4 |
16 |
46-54 |
40 |
|
9 |
Xəzər L |
32 |
10 |
10 |
12 |
40-37 |
40 |
|
10 |
Sumqayıt |
32 |
9 |
8 |
15 |
31-49 |
35 |
|
11 |
Turan |
32 |
8 |
6 |
18 |
34-59 |
30 |
|
12 |
Kəpəz |
32 |
5 |
4 |
23 |
23-64 |
19 |