Baş məşqçi postuna Yurgen Kloppu gətirən “Liverpul” artıq ilk transferini də həyata keçirib. Apasport.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, bu ölkənin perspektivli futbolçusu Marko Qrujiç “qırmızılar”la anlaşıb.
Bu barədə 19 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi “Srvena Zvezda”nın idman direktoru Zvezdan Terziç məlumat verib. O bildirib ki, Qrujiç yanvar ayından etibarən “Liverpul”un formasını geyinəcək.
Bu transfer Serbiya klubuna 7 milyon avro qazandırıb. Anlaşmada yer alan bəndə görə, ingilislər gələcəkdə onu başqa bir komandaya satsalar, transfer gəlirinin 10 faizi “Srvena Zvezda”ya çatacaq.
“Liverpul”la 5 illik müqavilə imzalayan Qrujiçin isə yeni komandasında illik məvacibi 1,2 milyon avro olacaq. Gənc orta sahə oyunçusu “Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrardın uzun illər daşıdığı 8 nömrəli formanı geyinəcək.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”