Kloze “Latsio” ilə müqaviləni uzatdı
02.05.2014 - 23:55
Kloze “Latsio” ilə müqaviləni uzatdı

 

İtaliyanın “Latsio” futbol klubu almaniyalı legioner Miroslav Kloze ilə müqaviləni uzadıb. Apasport.az saytının məlumatına görə, yeni müqavilə 1 il üçün hesablanıb və gələn mövsüm daha 1 il müddətinə uzadılmasını nəzərdə tutulub.

 

Kloze “Latsio” “macərasının” davam etməsinə sevindiyini vurğulayıb: “Mənə çox təklif gəlmişdi. Amma burada qalmağa üstünlük verdim. Çünki, burada böyük layihənin bir hissəsiyəm və bu layihədə mənə ciddi rol ayrılıb”.

 

35 yaşlı Kloze bu mövsüm İtaliya çempionatında 22 oyuna çıxıb və 7 qol vurub.