Kloze: Millidəki karyeramıla bağlı qərarım yoxdur
15.07.2014 - 03:37
Kloze: Millidəki karyeramıla bağlı qərarım yoxdur

Almaniya millisinin hücumçusu Miroslav Kloze gələcək karyerası barəsində danışıb. Apasport.az saytının məlumatına görə, hücumçu yığmadakı karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı qəti qərar qəbul etmədiyini vurğulayıb.

 

Xatırladaq ki, “Latsio”nun hücumçusu nəinki dünya çempionu olub, eləcə də Braziliyada keçirilən dünya çempionatında Braziliyanın qapısına vurduğu qola braziliyalı Ronaldonun rekordunu qırıb. Kloze dünya çempionatlarının final mərhələsində 16-cı qolunu vuraraq, Ronaldonu 1 top fərqi ilə arxada qoyub.

 

Hücumçu ona vaxt laxım olduğunu deyib: “Mən millidəki karyeramla bağlı qəti qərara gəlməmişəm. Mənə hər şeyi yaxşıca düşünmək üçün bir neçə gecə lazımdır. Bundan sonra qərar qəbul edəcəyəm”.