Klublar Komitəsi yenidən bir araya gəlir
04.06.2015 - 14:27
AFFA-nın Klublar Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, klub nümayəndələri iyunun 5-də bir araya gələcək.
Sabah keçiriləcək tədbir “Hilton” otelində baş tutacaq. Yığıncaq saat 11:00-da başlayacaq.
Toplantının gündəliyi açıqlanmasa da, 2014/15 mövsümünün yekunları və futbolumuzdakı mövcud vəziyyətin müzakirə olunacağı gözlənilir.
0
0