Klubları irqçiliyə görə aşağı liqalara göndərə bilərlər
06.05.2014 - 19:26
Klubları irqçiliyə görə aşağı liqalara göndərə bilərlər

 

FİFA prezidenti Yozef Blatter irqçilik təzahürlərinə görə klublara münasibətdə sanksiyaları ciddiləşdirməyi təklif edib. Apasport.az saytının məlumatına görə, Blatter stadionların və yarı-ayrılıqda bəzi tribunaların diskvalifikasiyasının arzu edilən nəticəni verməyəcəyinə əmindir.

 

FİFA prezidentinin fikrincə, sanksiyalar klubların xallarının silinməsi və hətta öz ölkələrinin aşağı liqalarına keçirilməsinə qədər sərtləşdirilməlidir: “Futbolda irqçilik təzahürləri məni çox əsəbiləşdirir. FİFA diskriminasiyanın istənilən formalarını qəti şəkildə pisləyir”.