[b]Antalya macəraları[/b]
02.02.2015 - 11:46
[b]Antalya macəraları[/b]

Qış fasiləsində Türkiyənin Antalya şəhərində hazırlıq keçən Topaz Premyer Liqasının klubları qonşu ölkədə 33 yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, hazırlığı ölkə xaricində keçməyə üstünlük verən 6 komandamız bu görüşlərdə 13 qələbə qazanıb, 10 heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. 48 qol vuran klublarımız elə eyni sayda top buraxıb.

 

“Qəbələ” hamıdan çox – 7, “Xəzər Lənkəran” isə daha az – 4 qarşılaşmada qüvvəsini sınayıb. Cənublular Türkiyədən qələbəsiz qayıdıbsa, “İnter” Antalyada məğlubedilməzliyi ilə diqqət çəkib.

 

Klublarımız Antalyada 15 ölkədən olan komandalarla üz-üzə gəlib. Türkiyə təmsilçiləri ilə 7, Ukrayna ilə 5, Rumıniya ilə 4, Almaniya və Qazaxıstanın hərəsi ilə 3, Rusiya ilə 2 duelimiz qeydə alınıb. Cənubi Koreya, Türkmənistan, Hollandiya, Macarıstan, Səudiyyə Ərəbistanı, İsveçrə, Bolqarıstan, Polşa, Xorvatiyadan olan komandalarla isə yalnız 1 matç baş tutub.

 

Topaz Premyer Liqasının klublarının Antalyadakı oyunları

 

“İnter”

“İnegölspor” (Türkiyə) 4:1, “Kayrat” (Qazaxıstan) 3:1, “Enerji” (Almaniya) 1:1, “Kasımpaşa” (Türkiyə) 3:1, “Metallist” (Ukrayna) 1:1, “Jeju Yunayted” (Cənubi Koreya) 4:3

 

“Xəzər Lənkəran”

“Təkirdağspor” (Türkiyə)2:2, “Kemnitser” (Almaniya) 0:2, “Metallurq” (Zaporojye, Ukrayna) 1:2, “Universtatya” (Krayova, Rumıniya) 0:3

 

“Qəbələ”

PSV-2 (Hollandiya) 0:0, “Əskişəhərspor” (Türkiyə) 1:3, “Adanaspor” (Türkiyə) 3:2, “Vorskla” (Ukrayna) 2:1, “Kuban” (Rusiya) 0:2, “Haladaş” (Macarıstan) 2:0, “Altın Asır” (Türkmənistan) 3:3

 

“Neftçi”

“Hajer” (Səudiyyə Ərəbistanı) 3:1, “Ərciyəsspor” (Türkiyə) 0:0, “Elazığspor” (Türkiyə) 0:1, “Volın” (Ukrayna) 4:3, “Petrolul” (Rumıniya) 1:0

 

“Qarabağ”

“Split” (Xorvatiya) 1:3, “Sürix” (İsveçrə) 1:1, “Levski” (Bolqarıstan) 0:3, “Legiya” (Polşa) 2:0, “Mordoviya” (Rusiya) 0:0, “Tırqu Mureş” (Rumıniya) 0:0

 

“Simurq”

“Şaxtyor” (Qazaxıstan) 3:1, “Duysburq” (Almaniya) 1:4, “İrtış” (Qazaxıstan) 0:3, “Astra” (Rumıniya) 0:0, “Volın” (Ukrayna) 2:0

 

1

İnter

6

4

2

0

16-8

14

2

Qəbələ

7

3

2

2

11-11

11

3

Neftçi

5

3

1

1

8-5

10

4

Simurq

5

2

1

2

6-8

7

5

Qarabağ

6

1

3

2

4-7

6

6

Xəzər Lənkəran

4

0

1

3

3-9

1

 

 

33

13

10

10

48-48

49