Komitə sədri iki işi birdən görəcək
26.02.2015 - 13:49
Komitə sədri iki işi birdən görəcək

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov postunu tərk etməyəcək. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis AFFA İcraiyyə Komitəsinə üzv seçilsə belə, hazıkı işini də davam etdirəcək.

 

Bu barədə əməkdaşımıza açıqlama verən Sadıqov aktiv işin içində olmaq istədiyini bildirib: “Düzdü, hələ İcraiyyə Komitəsinə üzv seçilməmişəm. Amma seçilsəm belə, Məşqçilər Komitəsindəki işimi də davam etdirəcəyəm. Çünki mən daim aktiv fəaliyyətdə olmaq istəyirəm. Ümumiyyətlə, bundan sonrakı işimdə də məşqçi kimi düşünüb, məşqçi kimi fikir bildirəcəm. Müstəqilliyin ilk illərindən bu işin içindəyəm. Azərbaycan futbolunun bütün problemlərini bilirəm. Məqsədim yalnız bu problemlərin həlli üçün əlimdən gələni etməkdi”.

 

Qeyd edək ki, Vaqif Sadıqov mərhum Ələkbər Məmmədovun vəfatından sonra boş qalan AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizəddi.