Kompaninin sevinci cəmi 9 dəqiqə çəkdi
26.12.2015 - 21:34
Uzun müddətdi zədədən əziyyət çəkən “Mançester Siti”nin müdafiəçisi Vensan Kompani “Sanderlend”lə oyunda meydana çıxıb. Apasport.az saytının məlumatına görə, belçikalı futbolçunun sevinci uzun çəkməyib.
Belə ki, matçın 61-ci dəqiqəsində meydana çıxan kapitan cəmi 9 dəqiqə oyunda qala bilib. Yenidən zədələnərək məcburi əvəzetmə ilə sahəni tərk edən oyunçunun yaşıl meydanlara nə qədər həsrət qalacağı hələ bilinmir.
Qeyd edək ki, noyabrın 8-dən bəri zədəli olan futbolçu bu müddətdə futboldan uzaq düşmüşdü.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0