“Atletiko Madrid” klubunun hücumçusu Dieqo Kosta mövsümün sonunda “Çelsi”yə mümkün keçidi ilə bağlı danışıb. Apasport.az saytının məlumatına görə, futbolçu hələlik heç nəyin bəlli olmadığını bəyan edib.
Qeyd edək ki, indiyə kimi Kostanın “Çelsi”yə keçidi barədə həll edilmiş məsələ kimi danışılırdı. Amma iki komandanın Çempionlar Liqasının yarımfinal görüşündən sonra artıq əvvəlki əminlik yoxdur. Məsələ ondadır ki, Kostanın “Çelsi”nin bəzi oyunçuları ilə münasibəti çox gərgindir. Məsələn, onun londonluların şəriksiz lideri olan Con Terri ilə düşmən münasibətdə olduğu iddia edilir. Yarımfinal görüşlərindən sonra isə çılğın və hətta kobud xarakteri olan Kosta özünə digər düşmənlər də tapıb.
Hücumçu hər şeyi gələcəyin göstərəcəyini bildirib: “Mən “Çelsi”yə keçəcəyəmmi? Baxarıq. Bilirəm ki, mənimlə bağlı təklifləri var. Amma özümü “Atletiko”da çox yaxşı hiss edirəm. Baxarıq, görək nə baş verəcək”.