Kosta gedir, Kosta gəlir…
11.06.2014 - 04:33
Kosta gedir, Kosta gəlir…

 

“Atletiko Madrid” futbol klubu Moskva “Spartak”ının havbeki Tina Kostanı icarəyə götürmək istəyir. Apasport.az saytının məlumatına görə, “Valensiya”nın keçmiş oyunçusu İspaniya çempionatına qayıtmağa çox yaxındır.

 

29 yaşlı yarımmüdafiəçinin “Spartak”la müqaviləsi 2017-ci ilə qədər nəzərdə tutulub. “Atletiko” isə futbolçunu ən azı 2 mövsüm üçün icarəyə götürmək niyyətindədir.

 

Tino Kosta ötən mövsüm “Spartka”ın heyətində 24 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.