Kramarenkonun komandası qrup ikincisi olub, Hollandiya ilə qarşılaşacaq
15.02.2015 - 15:05
Kramarenkonun komandası qrup ikincisi olub, Hollandiya ilə qarşılaşacaq

Rusiyanın paytaxtı Moskvada yaxın keçmişin tanınmış futbolçularının iştirakı ilə “Əfsanələr Kuboku” adlı ənənəvi turnir start götürüb. Apasport.az saytının məlumatına görə, yaşı 35-dən yuxarı olan sabiq futbolçuların qatılacağı turnirə Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun heyətində yer aldığı "Ulduzlar yığması" ilk oyununda Portuqaliya ilə üz-üzə gəlib.

 

Təmsilçimizin komandası 5:11 hesabı ilə uduzub. Növbəti matçında isə İtaliyanı 9:3 hesabı ilə məğlub edib.

 

Bu nəticələrdən sonra "Ulduzlar yığması" qrup ikincisi olub.

 

Bu gün keçiriləcək final qarşılaşmasında Portuqaliya ilə Rusiyanın veteranları üz-üzə gələcək. Kramarenkonun komandası isə üçüncü yer uğrunda Hollandiya ilə görüşəcək.