Kristian Telo “Barselona”nı tərk etdi
17.07.2014 - 01:28
“Barselona”nın hücumçusu Kristian Telo “Portu”ya keçib. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu futbolçunu icarəyə verib.
22 yaşlı hücumçu 2 il ərzində “Portu”nun şərəfini qoruyacaq. Bu zaman Telo satılsa, onu almaq hüququ da ilk növbədə “Portu”ya məxsus olacaq. Eyni zamanda, Kataloniya klubunun da futbolçunun alınması ilə bağlı bəndi ləğv etmək və ilk mövsümdən sonra Telonu geri qaytarmaq hüququ olacaq.
Telo “Portu”da Xulena Lopoteqanın rəhbərliyi altında oynayacaq. Futbolçu baş məşqçinin başçılığı altında gənclər arasında Avro-2013-ün qalibi olub.
0
0