Lavezziyə İtaliyadan 2 təklif
14.11.2015 - 14:48
Lavezziyə İtaliyadan 2 təklif

PSJ-nin argentinalı yarımmüdafiəçisi Ezekyel Lavezzi karyerasını yenidən İtaliya çempionatında davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində A seriyasının 2 təmsilçisi maraqlıdı.

 

Futbolçunun agenti Alekssandro Moccinin sözlərinə görə, “Yuventus” və “İnter” klubları Lavezzini heyətinə qatmaq niyyətindədi: “Lavezzi İtaliyaya qayıda bilərmi? Bəli. “Yuventus” onun üçün yaxşı variant ola bilər. “İnter” də Ezekyelin xidmətində maraqlıdı. Baş məşqçi Roberto Mançini hələ “Mançester Yunayted”də çalışarkən Lavezzi ilə maraqlanırdı”.

 

Qeyd edək ki, Lavezzi 2007-2012-ci illər ərzində İtaliyanın “Napoli” klubunun formaısnı geyinib.