Lənkəran azarkeşləri Mustafa Dənizli ilə görüşəcək
17.04.2014 - 13:03
Lənkəran azarkeşləri Mustafa Dənizli ilə görüşəcək

“Xəzər Lənkəran”ın Azərbaycan kubokunun ilk yarımfinal matçında “Qəbələ”yə 0:3 hesablı məğlubiyyəti cənublu azarkeşləri özündən çıxarıb. Apasport.az xəbər verir ki, dünən keçirilən yarımfinal oyunundan sonra komandanı fitə basan, baş məşqçi Mustafa Dənizliyə etiraz edən fanatlar komandanın üzvləri ilə görüşəcək. Görüş “Xəzər Lənkəran”ın idarə heyəti, məşqçi heyəti, futbolçular və azarkeşlər arasında baş tutacaq. Görüşün yaxın iki gün ərzində baş tutacağı bildirilir.