“Avstriyaya qələbə üçün gəlmişik. Bakıdakı ilk oyunda qalib gəlmişik və yenə eyni uğura imza atmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Leroy Corc deyib.
Hollandiyalı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la Avstriyadakı səfər oyunu ərəfəsində iddialı danışıb: “Görək bu oyunda kim qalib gələcək. İlk matçda biz yaxşı oynadıq və hətta daha sərfəli nəticə əldə edə bilərdik. Amma indi həmin matçı unutmalıyıq. Çünki qarşıda cavab oyunu var. Bu qarşılaşma daha vacibdir. İlk matçdakı səhvlərimizi bilirik və onları təkrarlamayacağıq. Reynaldo bizim üçün çox vacib oyunçudur. Bu üzdən onun yoxluğu itkidir. Amma onun mövqeyində oynayacaq futbolçularımız var. Meydan sahiblərinin azarkeşləri haqda düşünməməliyik. Biz öz oyunumuzu fikirləşməliyik. Azarkeş dəstəyinin rolu böyükdür. Onlar Bakıda tribunaları doldurmaqla bizə kömək etmişdi. Lakin bunu deyil, öz oyunumuzu fikirləşməliyik”.
Qeyd edək ki, “Zalsburq” – “Qarabağ” oyunu sabah keçiriləcək.