“Bavariya”nın polşalı hücumçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
“Mankunianlar” Levandovskini nəyin bahasına olursa-olsun, heyətlərinə qatmaq niyyətindədilər. Premyer Liqa təmsilçisi təcrübəli futbolçuya ildə 15 milyon avro məvacib verməyə hazırdı. Bununla belə, Levandovskini transfer etmək üçün ingilislər rəqabətdən qalib ayrılmalıdılar. Çünki onunla Madrid “Real”ı və PSJ də danışıq aparır.
Qeyd edək ki, Levandovski “Bavariya”ya 2014-cü ildə Dortmund “Borussiya”sından transfer olunub. O, münhenlilərin heyətində bu vaxta qədər 74 oyunda 48 qola imza atıb.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”