Liderlər qələbə qazandı
01.03.2014 - 17:43
Liderlər qələbə qazandı
Futbol üzrə ölkə çempionatının I divizionunda XIX tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə liderlər qrupunda qərarlaşan komandalar növbəti qələbələrini qazanıblar.

Zirvədə yer alan “Araz Naxçıvan” “Turan-T”ni tək qolla yendiyi halda, “Neftçala” “Karvan”ı, “Qaradağ Lökbatan” isə “Göyəzən”ni darmadağın edib.


XIX tur

"Kəpəz" - "Ağsu" – 0:1
Qol: Tural Rzayev, 81

“Şahdağ" - "Şuşa" 1:1
Qollar: Emin Əmiraslanov, 28 - İlkin Cəlalzadə, 16

"Karvan" - "Neftçala" 0:6
Qollar: Nakim Vəliyev, 10, Aqşin Həşimov, 60; 85, Rüfət Musayev, 66, Məhəmməd Alıyev, 86, Elvin Adışirinli, 90

"Göyəzən" - "Qaradağ Lökbatan" 0:3
Qollar: Rüfət Məmmədov, 41, İlham Allahverdiyev, 79, Ramal Hüseynov, 88

"Araz Naxçıvan" - "Turan-T" 1:0
Qol: Fərid Quliyev, 15
 
0