Liderlərin “abunə” söhbəti
06.05.2014 - 11:41
Liderlərin “abunə” söhbəti

Sabah Topaz Premyer Liqasında XXXIV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Bakı” arasında olacaq.

 

Ardıcıl 3 qələbə qazanan “qırmızı-qaralar” avrokuboklara vəsiqəni rəsmiləşdirmək üçün xal itirməməlidir. Son 5 turda qələbə həsrəti yaşayan paytaxt təmsilçisi üçün isə bu matç Avropa Liqası yolunda son şans kimi dəyərləndirilə bilər.

 

Paytaxtdan kənarda baş tutacaq digər qarşılaşmada “Xəzər Lənkəran” “Sumqayıt”ı qəbul edəcək. Bu görüş meydan sahibləri üçün ciddi əhəmiyyət kəsb etməsə də, qonaqlar Premyer Liqada qalmaq üçün növbəti xalını qazanmağa borcludur. Amma son 9 oyunda qol buraxmadan meydanı tərk etməyən sumqayıtlılar üçün cənub səfəri asan olmayacaq.

 

Sonuncu olmamaq üçün “Sumqayıt”la qiyabi mübarizə aparan “Rəvan” öz meydanında “Simurq”u sınağa çəkəcək. Cari mövsüm “abunəçi” qismində çıxış edən bakılılar hər 3 matçda zaqatalalılara uduzub. Autsayder bu qarşılaşmalarda rəqib qapısına 1 qol da vura bilməyib.

 

Turun yeganə paytaxt derbisində AZAL “Neftçi”ni qəbul edəcək. Son qələbəsini məhz “ağ-qaralar”la oyunda əldə edən “təyyarəçilər” 15 oyundur qalib gələ bilmir. Son 4 qarşılaşmada heç-heçələri sıralayan Tərlan Əhmədovun yetirmələri baş məşqçilərinin sabiq komandası ilə duelində qalib gəlməyə çalışacaq. Mükafatçılar sırasından uzaq düşmək təhlükəsini hiss edən “Neftçi” isə son 4 turda xal itirir və hər dəfə qol buraxır.

 

Günün son matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Çempionluğun astanasında olan “Qarabağ” ən yaxın izləyicisi “İnter”i qəbul edəcək. Rəqibini “abunəçi”yə çevirən Qurban Qurbanovun yetirmələrinə 1-ci yeri təmin etmək üçün qələbə lazımdır. “Bankirlər” isə 1 xalla 2-ci yeri təmin etmiş olacaq. Son 3 turda qalib gələ bilməyən “Qarabağ” ardıcıl 7 qələbə əldə edən “İnter”in bu uğurlu seriyasını dayandırmaq üçün çalışacaq.

 

XXXIV tur

7 may (çərşənbə)

 

17:00. “Qəbələ” – “Bakı”

İlk 3 dövrədəki oyunlar – 2:1, 2:0, 1:1

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Teymur Fərhadov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev

Qəbələ şəhər stadionu

 

18:00. “Rəvan” – “Simurq”

İlk 3 dövrədəki oyunlar – 0:2, 0:3, 0:2

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, İsgəndər Əliyev, Ramil Diniyev

“Bayıl Arena” stadionu

 

18:00. AZAL – “Neftçi”

İlk 3 dövrədəki oyunlar – 1:4, 2:1, 1:2

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Fərid Məmmədov

“AZAL Arena” stadionu

 

18:00. “Xəzər Lənkəran” – “Sumqayıt”

İlk 3 dövrədəki oyunlar – 1:1, 4:3, 1:0

Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Rahil Ramazanov, Xəlil Hüseynli

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

19:00. “Qarabağ” – “İnter”

İlk 3 dövrədəki oyunlar – 2:1, 2:0, 3:0

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mehman Mahmudov, Ramil Əhmədov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Elvin Əsgərov

Tofiq Bəhramov adına Respublika stadionu

 

 

 

Komanda

o

q

h

m

t

x

1

Qarabağ

33

20

9

4

61-17

69

2

İnter

33

19

6

8

56-32

63

3

Neftçi

33

16

7

10

46-41

55

4

Qəbələ

33

16

6

11

42-34

54

5

Bakı

33

14

9

10

48-38

51

6

Simurq

33

11

11

11

33-25

44

7

Xəzər L

33

10

12

11

36-45

42

8

AZAL

33

6

12

15

28-45

30

9

Sumqayıt

33

4

10

19

24-54

22

10

Rəvan

33

3

10

20

18-61

19


​Bombardir: Reynaldo (Qarabağ) – 19.