Liderlərin duelində 6 qol
18.11.2015 - 09:00
Liderlərin duelində 6 qol

21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı VII qrupda iki matç baş tutub.

 

Yığmamızın Rusiyanı 3:0 hesabı ilə məğlub etdiyi gündə qrup liderləri Almaniya ilə Avstriya üz-üzə gəlib. Bu qarşılaşmayadək xal itirməyən komandaların duelin də 6 qol vurulub.

 

Avstriya millisi hesabı açsa da, almaniyalılar əzmkar qələbə qazanıb. Qonaqlar isə sonda böyükhesablı məğlubiyyətdən qaça bilib – 4:2.

 

 

21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsi

VII qrup

17 noyabr

Almaniya – Avstriya – 4:2

Qollar: Meyer, 39, Qoratska, 42, Selke, 50, Şene, 76 – Qreqoriç, 21-p., 86

 

1

Almaniya

5

5

0

0

20-3

15

2

Avstriya

5

4

0

1

17-7

12

3

Finlandiya

5

3

0

2

6-6

9

4

Azərbaycan

7

2

0

5

5-16

6

5

Rusiya

4

1

0

3

5-9

3

6

Farer adaları

4

0

0

4

0-12

0