Lionel Messi: 64-dən 14-ü
24.08.2015 - 15:09
“Barselona”nın ulduz futbolçusu Lionel Messi İspaniya La Liqasının I turunda “Atletik” səfərində penaltidən düzgün yararlana bilməyib. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu bununla “Barselona”da 14-cü dəfə penaltini qola çevirə bilməyib.
2004-cü ildən Kataloniya klubunun əsas komandasının formasını geyinən Leo indiyə qədər 64 dəfə onbirmetrlik zərbədən istifadə edib və bunun 50-də toru silkələməyi bacarıb.
Müqayisə üçün qeyd edək ki, “Real”ın hücumçusu Kriştianu Ronaldo 63 penalti zərbəsindən yalnız 7-də qola sevinə bilməyib.
0
0