Lionel Messinin 9-cu mükafatı
24.12.2015 - 18:29
Lionel Messinin 9-cu mükafatı

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi növbəti mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı futbolçu Argentinada 2015-ci ilin ölkə xaricində çıxış edən ən yaxşı oyunçusu seçilib.

 

Bu, onun ardıcıl 9-cu belə uğurudu. Lionel əvvəlki 8 ildə də ölkəsinin ən yaxşısı seçilmişdi.

 

Argentina çempionatının ən yaxşısı adına isə Marko Ruben layiq görülüb. “River Pleyt”də çıxış edən futbolçu ilk dəfə bu mükafata yiyələnib.