Liviu Antal: “Qəbələ”dən təklif aldığımı deyə bilmərəm
18.06.2014 - 13:37
Liviu Antal: “Qəbələ”dən təklif aldığımı deyə bilmərəm

“Mən klubumdan ayrılmışam və hələ nə olacağını bilmirəm”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin maraq dairəsində olan rumıniyalı yarımmüdafiəçi Liviu Antal deyib.

25 yaşlı yarımmüdafiəçi hələ yekun qərarını vermədiyini bildirib. Onun sözlərinə görə, təklifləri dəyərləndirdikdən sonra seçimini edəcək: “Bir neçə təklifim var. Amma seçim etməmişəm. Ümumiyyətlə bu barədə uzun danışmaq istəmirəm. Hansı klublardan təklif aldığımı deyə bilmərəm. Yaxın günlərdə bütün məsələlər həll olunacaq”.

Qeyd edək ki, son mövsümü “Vasluy”da keçirən Antal Rumıniya çempionatının bombardiri olub. O, hazırda azad agentdir.